\
22 May 2022 - Bazar günü

11 yaşında ana olan qızdan xəbər var

11 yaşında ana olan qızdan xəbər var
1167baxış

11 yaşında dünyaya uşaq gətirən qız məktəbə gedir.

 
Mediapress.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
 
"Həmin qız, qardaşı, anası məişət zorakılığı qurbanları üçün olan sığınacaqda qalırlar. Qız artıq məktəbə də gedir. Vəziyyəti yaxşıdır, reabilitasiya olur".
 
Qeyd edək ki, hadisə ötən il İmişlidə baş verib. 11 yaşlı qız atalığı Qurban Fərəcovun onu zorlaması nəticəsində hamilə qalıb. Uşaq dünyaya gəldikdən sonra vəfat edib. Atalığıisə həbs edilib.