\
22 May 2022 - Bazar günü

20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilən dərsliyin səhifəsi yenilənəcək - Rəsmi

20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilən dərsliyin səhifəsi yenilənəcək - Rəsmi
1165baxış

Təhsil Nazirliyi orta məktəblərin rus bölməsi üçün yazılmış 4-cü sinif "Rus dili" dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrifə yol verilməsi məsələsinə münasibət bildirib.

Nazirlikdən dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır. Bildirilib ki, sözügedən dərsliklərin istifadə müddəti 2022/2023-cü tədris ilində bitəcək.

"Həmin səhifənin yenilənmiş versiyası dərsliyə əlavə edilməsi üçün çap olunaraq məktəb kitabxanalarına göndəriləcək. Müvafiq düzəliş www.trims.edu.az-da edilib", - qeyd olunub.

Qeyd edək ki, “Şərq-Qərb” nəşriyyatından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdə ekspertizadan keçir. Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir. Ümumi təhsil müəssisələrinin tədrisi rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.