\
29 Mart 2024 - Cümə

Tokayev Qazaxıstandakı iğtişaşların səbəbini açıqladı

Tokayev Qazaxıstandakı iğtişaşların səbəbini açıqladı
1424baxış

“Yanvar ayında Qazaxıstanda baş verən iğtişaşların əsas səbəbi varlı və yoxsulların gəlirləri arasındakı qəbuledilməz uçurum olub”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev biznes nümayəndələri ilə görüşündə deyib. 

 

Tokayev vurğulayıb ki, korrupsiya fonunda gəlirlər arasında bu cür fərq barıt çəlləyinin yanında yandırılan kibrit rolunu oynayıb və terrorçular, yaraqlılar bundan istifadə edib. 

Onun sözlərinə görə, baş verən hadisələr illər boyu yığılan problemləri üzə çıxarıb.

“Bizə Qazaxıstan xalqının istək və maraqlarına cavab verən real islahatlar lazımdır”, - deyə Tokayev vurğulayıb.