\
22 May 2022 - Bazar günü

Gənc müəllim özünü zəhərlədi

Gənc müəllim özünü zəhərlədi
1250baxış

Göyçay rayon sakini intihar edib.

Mediapress.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb.
 
Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
 
Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
 
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.