\
19 Aprel 2024 - Cümə

Rusiyanın Belqorod vilayətində silah anbarında yanğın olub

Rusiyanın Belqorod vilayətində silah anbarında yanğın olub
1335baxış

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətinin Köhnə Nelidovka kəndinin ərazisində silah anbarında yanğın söndürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Qubernator mülki əhali arasında zərərçəkənlərin olmadığını bildirib.

Hadisənin səbəbləri barədə məlumat verilmir.

V. Qladkov Rusiya Müdafiə Nazirliyindən açıqlama gözlədiklərini deyib.