\
25 Aprel 2024 - Cümə axşamı

Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb

Əli Əsədov Latviyanın Baş nazirinin müavini ilə görüşüb
1451baxış

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 27-də Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriks ilə görüşüb.

Bu barədə Mediapress.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Latviya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib.

İki ölkə arasında siyasi, hərbi, ticari-iqtisadi, sərmayə qoyuluşu, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.