\
29 Mart 2024 - Cümə

Ukraynada 219 uşaq müharibənin qurbanı olub

Ukraynada 219 uşaq müharibənin qurbanı olub
1307baxış

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində həlak olan uşaqların yeni sayı açıqlanıb.

Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, indiyədək 219 uşaq ölüb, 398 uşaq güllə və qəlpə yarası alıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 608-ə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.