\
19 Aprel 2024 - Cümə

İstanbulda boya fabrikində yanğın - ölən və yaralananlar var

İstanbulda boya fabrikində yanğın - ölən və yaralananlar var
1302baxış
İstanbulun Tuzla rayonunda yerləşən boya fabrikində yanğın baş verib.
 
Bakupost.az xəbər verir ki, dərhal əraziyə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
 
Məlumata görə, hadisə nəticəsində binada olan işçilərdən üçü ölüb, doqquzu yaralanıb. Daha üç nəfərin axtarışları davam edir.
 
Faktla bağlı araşdırma aparılır.