\
26 Aprel 2024 - Cümə

DSX əməliyyat keçirib, narkotik aşkarlanıb

DSX əməliyyat keçirib, narkotik aşkarlanıb
1455baxış

Dövlət Sərhəd Xidməti (DSX) əməliyyat keçirib, narkotik aşkarlanıb.

Bu barədə “Report”a DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.

Aprel ayının 30-da DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahəsində dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanmış, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmaqla aidiy­yəti orqanlar məlumatlandırılmış və sərhəd axtarışına başlanılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qaçaq­malın Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun evində gizlədilməsinə dair əsaslı şübhələr yaranmışdır.

Məhkəmənin qərarı əsasında Yardımlı rayon polis əməkdaşları ilə bir­gə həmin şəxsin evində keçirilmiş baxış zamanı zirzəmidə 8610 qutu (7910 “KENT” və 700 “Marlboro” markalı) siqaretlər, 1 ədəd gecə görmə cihazı və müxtəlif dərman preparatları aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.