\
25 Aprel 2024 - Cümə axşamı

Sabaha yağış gözlənilir

Sabaha yağış gözlənilir
1334baxış

Mədəniyyət nazirinin müavini Elnur Əliyev Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli professor, tarzən Ramiz Quliyevə baş çəkib.

Bu barədə Mediapress.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir müavini Xalq artistini 75 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb.

R.Quliyev də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.