\
23 Aprel 2024 - Çərşənbə axşamı

Makron ikinci müddətə prezident kimi and içib

Makron ikinci müddətə prezident kimi and içib
1336baxış

Fransanın yenidən seçilən Prezidenti Emmanuel Makron and içib.

“Report” TASS-a istinadən xəbər verir ki, andiçmə mərasimində 450-yə yaxın qonaq iştirak edib.

O, bununla daha 5 il ölkəyə rəhbərlik edəcək.

Makron rəsmi şəkildə mayın 14-də səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin ikinci turunda 18,7 milyon seçici (58,55 faiz) Emmanuel Makronun lehinə səs verib. Milli Birlik Partiyasının nümayəndəsi Marin le Pen isə 41,45 faiz, 13,2 miyon səs toplayıb.