\
18 Aprel 2024 - Cümə axşamı

Türkiyə ordusu Suriyada daha 12 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu Suriyada daha 12 terrorçunu zərərsizləşdirib
1372baxış

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 12 terrorçunu zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

PKK/YPG silahlıları “Barış Pinarı”, “Fərat Qalxanı” və “Zeytun budağı” əməliyyatı zonalarını atəşə tutan vaxt məhv edilib.

"Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edir”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.