\
29 Mart 2024 - Cümə

Qəbələdə avtomobil aşıb, ölən var

Qəbələdə avtomobil aşıb, ölən var
1606baxış

Qəbələ rayonunda avtomobil aşıb, ölən var.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 13 radələrində rayonun Mirzəbəyli kəndi ərazisində rayon sakini B.Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.