\
6 Iyul 2022 - Çərşənbə

Çexiya Ukraynadan gələn qaçqınlarla əlaqədar fövqəladə rejimin müddətini uzadır

Çexiya Ukraynadan gələn qaçqınlarla əlaqədar fövqəladə rejimin müddətini uzadır
1256baxış

Çexiya hökuməti Ukraynadan gələn qaçqınların sayının artması ilə əlaqədar martın 4-dən qüvvədə olan fövqəladə vəziyyətin iyunun sonunadək uzadır.

Bu barədə “Mlada Fronta Dnes” qəzeti məlumat yayıb.

Hökumət bununla bağlı parlamentin aşağı palatasına müraciət edəcək.

Çexiyada fövqəladə vəziyyət Ukraynadan olan qaçqınların qəbulunu təmin etmək üçün sırf texniki səbəblərdən tətbiq edilib.

Hazırda ölkədə Ukraynadan olan 200 mindən çox qaçqın var.