\
20 Aprel 2024 - Şənbə

Abşeronun üç qəsəbəsində su kəsiləcək

Abşeronun üç qəsəbəsində su kəsiləcək
1451baxış

Bu gün Abşeron rayonunun Müşfiqabad, 28 May və Qaraheybət qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Mediapress.az "Azərsu" ASC-yə istinadən xəbər verir ki, bunun səbəbi magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.