\
6 Iyul 2022 - Çərşənbə

Ən gözəl pişik Vanda olur

Ən gözəl pişik Vanda olur
1275baxış

Pişiklərin ən gözəli və bənzərsizi Türkiyənin şərqində, xüsusilə Van gölündə yaşayan saf cins pişik növü olan Van pişiyidir.

Onun ən əhəmiyyətli xüsusiyyəti genetik dəyişikliklər nəticəsində yaranan iki fərqli göz rəngi, yəni mavi-kəhrəbadır. Bəzilərinin iki gözü mavi, bəzilərinin isə hər ikisi sarıdır. Tülkü quyruğuna bənzəyən qabarıq quyruğu və ağ, ipək tükləri var. Qışda tükləri artır, yayda isə azalır. Van pişiyi digər pişiklərə nisbətən təmizliyə daha çox diqqət yetirir. Yemiş, qarpız, hətta dondurma kimi qidaları iştahla yeyir və sudan qorxmur. Üzməyi sevir. Ovçuluq instinktləri yaxşı inkişaf edib. Yeməkdən əvvəl pəncələri ilə yeməyin hərarətini yoxlaması təqdirəlayiqdir.

1992-ci ildə 'Van 100-cü İl Universiteti' Van pişiklərinin genetik, morfoloji və fizioloji xüsusiyyətlərini qorumaq üçün Van Pişikləri Araşdırma Mərkəzini (VKAM) qurub. Mərkəz saf cins pişiklərlə yanaşı, ailələrin saxladığı pişikləri də izləyir.

Könüllü olaraq suya girən və bundan həzz alan Van pişiyi bu maraqlı xüsusiyyəti ilə digər pişiklərdən fərqlənir. Pişiklər tez-tez müxtəlif mühitlərə uyğunlaşmaqda çətinlik çəkirlər və dəyişiklikləri sevmirlər. Lakin Van pişiyi dəyişən mühitə tez uyğunlaşır.

O, bədən quruluşuna görə hündür, əzələli və güclüdür. Siçanları ovlamaqla yanaşı, mehriban davranışı ilə də sevilən və baxılan ev heyvanına çevrilib.