\
5 Iyul 2022 - Çərşənbə axşamı

BDU-nun tələbəsi dənizdə batıb - Foto

BDU-nun tələbəsi dənizdə batıb - Foto
1288baxış

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Universitetdən APA-ya verilən xəbərə görə, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib:  "O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub. Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk".

Allah rəhmət eləsin!