\
20 Aprel 2024 - Şənbə

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib - - SƏRƏNCAM

Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib - - SƏRƏNCAM
1638baxış

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zakir Samiddin oğlu Ağayevə

general-mayor Azər Əli oğlu Əliyevə

“general-mayor” hərbi rütbəsi

polkovnik Nicad Kamandar oğlu Qarayevə

polkovnik Akif Səməndər oğlu Pirverdiyevə

polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova

polkovnik Eldəniz Telman oğlu Yəhyayevə

polkovnik Zaur İlham oğlu Zeynalova

“tibb xidməti general-mayoru” hərbi rütbəsi

tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə