\
17 Avqust 2022 - Çərşənbə

Xaçmazda TIR qəzaya düşüb, ölən var - YENİLƏNİB

Xaçmazda TIR qəzaya düşüb, ölən var - YENİLƏNİB
1299baxış

Xaçmazda avtomobil qəzasında ölən şəxsin adı məlum olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Mürşüdoba kəndində baş verən qəzada dünyasını dəyişən şəxs Bahadırov İlkin Bəhram ogludur.

15:38

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Mürşüdoba kəndindən keçən hissəsində baş verib.

Belə ki, TIR ("VOLVO") və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində Dağıstan Respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü Sultanov Murad Maqamedoviç müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

"VAZ-2107"-nin sürücüsü isə xəstəxanaya aparılarkən ölüb. Onun kimliyi hələ məlum deyil və meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.