\
19 Aprel 2024 - Cümə

Metrodakı gecikmənin səbəbi: telefon tüstülənibmiş

Metrodakı gecikmənin səbəbi: telefon tüstülənibmiş
1318baxış
"İçərişəhər" - "Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatar "Gənclik" stansiyasında olarkən vaqonda sərnişinlərdən birinin elektron cihazı tüstülənib.
 
 
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bakupost.az -a bildirib ki, sərnişinlər qatardan dərhal düşürülüb.
 
 
"Qatar maşinisti və polis əməkdaşı vaqona baxış keçiriblər. Vaqonda hər hansı bir problem olmayıb. Tüstüləmə yüngül olduğundan baxış müddətində sovrulub və sərnişinlər həmin qatarla yola salınıblar. Nəticədə, 3 dəqiqəlik yubanma olub.
 
 
Bütün sərnişinlərdən rica edirik, metropolitenin xüsusiyyətləri nəzərə alınaraq, saz vəziyyətdə olmayan mobil cihazlardan istifadə etməsinlər və ümumən metropolitendə elektron cihazlardan istifadə edərkən ehtiyatlı davransınlar", - qurum rəsmisi qeyd edib.