\
29 Mart 2024 - Cümə

İranın energetika naziri sabah Azərbaycana gələcək

İranın energetika naziri sabah Azərbaycana gələcək
1467baxış

İranın energetika naziri Əli Əkbər Mehrabian Azərbaycana bir günlük səfərə gələcək.

"Report" İRNA-ya istinadən xəbər verir ki, Mehrabian bu gecə Bakıya gələcək.

Nazirin ölkə rəsmiləri ilə görüşləri iyulun 6-na planlaşdırılıb.

Səfər zamanı enerji sahəsində əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir.