\
19 Aprel 2024 - Cümə

Füzuli və Cəbrayılda daha 5 erməni meyiti aşkarlandı

Füzuli və Cəbrayılda daha 5 erməni meyiti aşkarlandı
1461baxış

27 martda ermənilərin Qarabağda apardığı axtarışlar nəticəsində daha 5 hərbçinin meyitinin qalıqları aşkarlanıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, meyitlər Cəbrayıl və Füzuli ərazisində tapılıb.

Beləliklə, 13 noyabr 2020-ci ildən bu günədək Qarabağ ermənilərinin aşkarladığı meyitlərin sayı 1523-ə çatıb. Meyitlərin 25-inin “mülki şəxslər”ə aid olduğu bildirilir.