\
2 Oktyabr 2022 - Bazar günü

Xırdalanda yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Xırdalanda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
1287baxış

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbindən TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Bu barədə Mediapress.az-a TƏBİB-dən məlumat verilib.

Məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda onların vəziyyətləri ağır sabitdir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

22:05

Xırdalanda yaşayış binasında partlayış olub.

"Report" xəbər verir ki, hadisə beşmərtəbəli binada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliynin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.