\
20 Aprel 2024 - Şənbə

Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə edib

Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağı müzakirə edib
1424baxış

Avqustun 4-də Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirədə Qarabağda vəziyyətin kəskinləşməsini müzakirə edib.

Mediapress.az”ın Rusiya bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili həyata keçirilməsinin zəruriliyi vurğulanıb”, - o qeyd edib.