\
24 Aprel 2024 - Çərşənbə

Avtomobillə moped toqquşdu, sürücü öldü

Avtomobillə moped toqquşdu, sürücü öldü
1400baxış

Bakıda avtomobillə moped toqquşub, sürücü ölüb.

Bu barədə Mediapress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə avqustun 12-i saat 17 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini K.Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobillə Füzuli rayon sakini Qismət Əhmədovun idarə etdiyi moped toqquşub. Nəticədə Q.Əhmədov hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır