\
18 Aprel 2024 - Cümə axşamı

İslamiada: Azərbaycanın dörd güləşçisi finalda mübarizə aparacaq

İslamiada: Azərbaycanın dörd güləşçisi finalda mübarizə aparacaq
1477baxış

Azərbaycanın daha bir güləşçisi Jalə Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında finala yüksəlib.

"Mediapress.az"ın məlumatına görə, o, türkiyəli rəqibi üzərində əzmkar qələbə qazanaraq bu nailiyyətə imza atıb.

Beləliklə, Bakı vaxtı ilə saat 18:30-dan etibarən start götürəcək final görüşlərində Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleyamanov (77 kq) və Jalə Əliyeva (57 kq) final görüşlərinə çıxacaq. Məhəmməd Əhmədiyev (87 kq) və Sabah Şəriəti (130 kq) isə bürünc medal üçün mübarizə aparacaq.