\
1 Oktyabr 2022 - Şənbə

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionu olub
1350baxış

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov Polşanın Raşın keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa çempionatının qalibi olub.

"Mediapress.az" xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 126 kq, təkanla qaldırmada 158 kq-ın öhdəsindən gəlib.

Toplam 284 kq (126+158) nəticə göstərən Alməmmədov bütün rəqiblərini üstələyərək yekun sıralamada qızıl medal qazanıb.

Bu, həm də yeniyetmələr arasında yeni Avropa rekordudur.