\
2 Oktyabr 2022 - Bazar günü

Ərdoğan İsrailə gedəcək

Ərdoğan İsrailə gedəcək
1144baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.

Axar.az “Blumberq” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə deyib.

Ərdoğan mümkün səfərin tarixi barədə məlumat verməyib.

Qeyd edək ki, bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.