\
2 Oktyabr 2022 - Bazar günü

Vüqar Səfərli Ali Məhkəməyə çıxarılır

Vüqar Səfərli Ali Məhkəməyə çıxarılır
1150baxış

Bu gün ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli Ali Məhkəməyə çıxarılacaq.

Onun mayda verdiyi kassasiya şikayətinə bu gün hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılacaq. Məhkəmə işinə V.Səfərlinin həyat yoldaşı Gülər Səfərli və iki oğlu Seymur Səfərli ilə Samir Səfərli maraqlı şəxs kimi cəlb olunub. Belə ki, ailə üzvləri V.Səfərli həbs olunduqdan sonra müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını tələb edirlər.

 

Xatırladaq ki, ailənin müsadirə edilən əmlakları bunlardır:

- Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi

- Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi

- Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi

- Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi

- “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobillər

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi

- Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi

- Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi

- "Rabitəbank" ASC-də hesabında olan 300 min manat, həmin bankda oğlunun hesabına olan 500 min manat

- Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında külli miqdarda yeyinti ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.(Qafqazinfo)