\
2 Oktyabr 2022 - Bazar günü

MŞ İdarə Heyətinə namizədlərin siyahısı açıqlandı

MŞ İdarə Heyətinə namizədlərin siyahısı açıqlandı
1305baxış
Bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.
 
Mətbuat Şurasından Mediapress.az-a verilən xəbərə görə, birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb. Belə ki, KİV-lər bununla bağlı [email protected] e-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.
 
İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Qeyd edək ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:
 
 

Jurnalist namizədlər

Ad, soyad

Vəzifəsi

Topladığı səs

 

Rəşad Məcid

"525-ci qəzet”in baş redaktoru

103

 

Vüqar Rəhimzadə

"İki sahil” qəzetinin baş redaktoru

72

 

Vüsalə Mahirqızı

APA Holdinqin rəhbəri

66

 

Elçin Mirzəbəyli

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru

65

 

Aydın Quliyev

"Bakı xəbər” qəzetinin baş redaktoru

64

 

Hacıbəy Heydərli

"Azxeber.com” saytının baş redaktoru

63

 

Azər Həsrət

"Bayraqdar.info” saytının baş redaktoru

62

 

Akif Aşırlı

"Şərq” qəzetinin baş redaktoru

57

 

Rauf Arifoğlu

"Yeni Müsavat” Media Qeupunun rəhbəri

54

 

Alqış Musayev

"Yeni Azərbaycan” qəzetinin baş redaktoru

51

 

Fuad Hüseynəliyev

"Report”İnformasiya Agentliyinin baş direktoru

49

 

Aynur Camalqızı

Teleqraf Holdinqin rəhbəri

43

 

Qalib İbrahimoğlu

"Bakıvaxtı.az” saytının baş redaktoru

42

 

Vasif Həsənli

"Demokrat.az” saytının baş redaktoru

39

 

Emin Musəvi

"ASAN radio”nun direktoru

37

 

Səadət Məmmədova

Televiziya jurnalisti

36

 

Fərid Şahbazlı

"Editor.az” saytının baş redaktoru

36

 

Səbuhi Abbasov

"7news.az” saytının baş redaktoru

35

 

Niyaz Niftiyev

"Xezernews.az” saytının baş redaktoru

35

 

Rafail Becanov

"Cümhuriyyət” qəzetinin baş redaktoru

30

 

Elşad Eyvazlı

"Modern” Media Qrupun rəhbəri

25

 

Afiq Mirzəbəyli

"Reytinq” qəzetinin baş redaktoru

23

 

Aqil Ələsgər

"Yeni Çağ” Media Qrupunun rəhbəri

23

 

Aqil Camal

"Türküstan” qəzetinin baş redaktoru

22

 

Bəhruz Quliyev

"Səs” qəzetinin baş redaktoru

17

 

Yunus Oğuz

"Olaylar” qəzetinin baş redaktoru

17

 

Məğrur Əliyev

"Təbib” qəzetinin baş redaktoru

17

 

Zahir Əzəmət

"Qaynar.info” saytının baş redaktoru

14

 

İctimaiyyətdən olan namizədlər

Əflatun Amaşov

Mətbuat Şurasının sədri

112

 

Müşfiq Ələsgərli

Jurnalistlərin Həmkarlar İttifaqının sədri

82

 

Yadigar Məmmədli

Demokratik Jurnalistlər Liqasının sədri

66

 

Ceyhun Musaoğlu

Jurnalist Ekspert Mərkəzinin sədri

62

 

Umud Rəhimoğlu

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

58

 

Qulu Məhərrəmli

BDU Jurnalistika fakültəsinin professoru

57

 

Vüqar Zifəroğlu

BDU jurnalistika fakültəsinin dekanı

48

 

Fərid Pərdəşünas

"Technote Media” şirkətinin icraçı direktoru

45

 

Natiq Məmmədli

Medianın İnkişafı Agentliyinin şöbə müdiri

36

 

Mətin Məmmədli

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru

34

 

Müsəllim Həsənov

Bakı Media Mərkəzinin əməkdaşı

33

 

Şəmsəddin Əliyev

"Polisə dəstək” İctimai Birliyinin sədri

28

 

Yeganə Hacıyeva

Politoloq, Gənc Demokratlar İnstitutunun sədri

27

 

Bəhruz Məmmədzadə

"Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini

25

 

Vüsalə Hüseynli

İslahatçı Qadınlar və İnnovasiylar İctimai Birliyinin sədri

23

 

Azər Sarıyev

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı

18

 

Nadir İsmayılov

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri

14

 

Xanoğlan Əhmədov

"Media və Mülki Cəmiyyət” İctimai Birliyinin sədri

13

 

 
İclasda qurultay nümayəndələrinin siyahısı da nəzərdən keçirilib. TK-nın qərarına əsasən siyahı 23 sentyabr 2022-ci il tarixində Mətbuat Şurasının presscouncil.az saytında yerləşdiriləcək.
 
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcək. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaq. Saat 10.00-da qurultay işinə başlayacaq.