\
27 Aprel 2024 - Şənbə

“Veysəloğlu Qrup” intellektual yarışı keçirib - “Nə? Harada? Nə zaman?”

“Veysəloğlu Qrup” intellektual yarışı keçirib - “Nə? Harada? Nə zaman?”
1107baxış

Mediapress. az xəbər verir ki, "Veysəloğlu" Şirkətlər Qrupu və SABAH qruplarının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan Universitetlərarası “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Turnirdə 10 ali təhsil müəssisəsində  20 komanda olmaqla, ümumilikdə 120 tələbə mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən “Nə? Harada? Nə zaman?” İntellektual yarışın qalibi Bakı Mühəndislik Universitetini təmsil edən “Promotey” komandası olub. Adıçəkilən komanda bütün suallara rəqiblərindən daha çox cavab verməyi bacarıb və turnirin ən güclüsü seçiliblər. Müvafiq olaraq 2-ci və 3-cü yerlərə isə Azərbaycan Dillər Universitetini təmsil edən “Fenomen” və  Azərbaycan Dövlət Neft və Sənaye Universitetiniin “Fətəlity” komandaları layiq görülüb.

Qeyd edək ki, 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə sertifikatlar, medallar və kubok təqdim edilib, həmçinin Teas Press nəşriyyat evindən bestseller kitablar hədiyyə olunub. Bundan başqa turnirin çempionu “Promotey” komandası 2500 AZN, ikinci yerin sahibi “Fenomen” 1500 AZN, üçüncü yerə layiq görülən “Fətəlity” isə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən 1000 AZN pul mükafatı qazanıb.