\
27 Aprel 2024 - Şənbə

Əhaliyə bu gün və sabahla bağlı xəbərdarlıq

Əhaliyə bu gün və sabahla bağlı xəbərdarlıq
1434baxış
Bu gün paytaxt Bakıda orta səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.
 
Mediapress.az  xəbər verir ki, qasırğa bu gün günorta saat 15:00-dan etibarən hiss edilməyə başlayacaq, 18:00-da nisbətən səngiyəcək.

Həmçinin, sabah da saat 15-dən etibarən  də geomaqnit qasırğası müşahidə olunacaq.
 
Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.
 
Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.