\
27 Aprel 2024 - Şənbə

Şagird özünü məktəb binasından atdı

Şagird özünü məktəb binasından atdı
1438baxış
Bakıda şagird özünü məktəb binasından atıb.
 
"Unikal”ın əldə etdiyi məlumata görə, hadisə ötən gün Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə baş verib.
 
Belə ki, sözügedən təhsil müəssisəsinin 9-cu sinif şagirdi dərs zamanı özünü məktəbin 2-ci mərtəbəsindən atıb.
 
Qız uşağı müxtəlif bədən xəsarətləri alıb.
 
Onun hansı səbəbdən bu addımı atması hələlik məlum deyil.