\
28 Aprel 2024 - Bazar günü

Türkiyədə miqrantları daşıyan qayıq batıb - 20 ölü

Türkiyədə miqrantları daşıyan qayıq batıb - 20 ölü
1408baxış

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 20 nəfər həlak olub. 

Hadisənin Eceabat sahillərində baş verdiyi bildirilir. 

Qayıq batarkən 2 nəfər özü üzərək xilas olub, daha 2 nəfər isə Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib.