\
28 Aprel 2024 - Bazar günü

“Krokus”da yaralananların sayı açıqlanıb

“Krokus”da yaralananların sayı açıqlanıb
1439baxış

Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da baş verən terror aktında xəsarət alanların sayı 360 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Tibbi Fəlakətlər Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, terror aktı nəticəsində 11-i uşaq olmaqla 360 nəfər yaralanıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Krokus Siti Holl”da terror aktı baş verib. Hadisə nəticəsində 139 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib. İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.