\
4 May 2024 - Şənbə

Gənc qız özünü zəhərlədi

Gənc qız özünü zəhərlədi
1191baxış

Bakıda gənc qız intihar edib.

Hadisə bu gün saat 04 radələrində Xətai rayonu M.Hadi küçəsindəki mənzillərdən birində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü A.Alışova yaşadığı Xətai rayonu M.Hadi küçəsindəki evdə çoxsaylı dərman həbləri qəbul edərək özünü zəhərləyib.

O, hadisə yerində vəfat edib.

Hadisənin səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.