\
3 May 2024 - Cümə

46 yaşlı kişinin meyiti tapıldı

46 yaşlı kişinin meyiti tapıldı
1192baxış

Sumqayıtda 46 yaşlı kişinin meyiti tapılıb.

Ötən gün saat 21 radələrində 1978-ci il təvəllüdlü Babayev Əbil Müseib oğlunun meyiti şəhərin 76-cı məhəllə adlanan hissəsindəki nömrəsiz yeni tikilidə aşkar edilib. Onun qəfil vəfat etməsi bildirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.