\
18 Aprel 2024 - Cümə axşamı

Gəncə işi ilə bağlı yeni həbslər var - iki sayta cinayət işi qaldırıldı

Gəncə işi ilə bağlı yeni həbslər var - iki sayta cinayət işi qaldırıldı
1505baxış

Gəncə işi ilə bağlı yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı

 

Minval.İnfo- ya DİN mətbuat xidmıtindən daxil olan  məlumatlarda bildirilir ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən  Əliyev Akif İsmayıl oğlu həbs edilib.

 

 

 

GENCE 2.JPG (22 KB)

Əliyev Akif İsmayıl oğlu – 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.

 

Bundan başqa, 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.

 

GENCE 1.JPG (27 KB)

Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yaymaqla suçlandırılan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.

Musavat.com -a göndərilən məlumatda daha sonra vurğulanır: “Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcəkdir”.