\
28 Mart 2024 - Cümə axşamı

Öldürülmüş jurnalist barədə ŞOK FAKTLAR üzə çıxdı - Sən demə...

Öldürülmüş jurnalist barədə ŞOK FAKTLAR üzə çıxdı - Sən demə...
1476baxış

Türkiyədə müəmmalı şəkildə qətlə yetirilmiş müxalif jurnalist Camal Qaşıqçının ölümü barədə yeni fərziyyələr irəli sürülməkdədir. Mediapress.az məxfi mənbələrə istinadən məlumat yayan Sunday Express qəzetinə yönəlik xəbər verir ki, mərhum jurnalist Səudiyyə Ərəbistanı Krallığının Yəməndə kimyəvi silahdan istifadə etdiyi barədə faktlara malik olub və bu faktları ictimailəşdirmək istəyib. Mərhumun adının açıqlanmasını istəməyən yaxın dostu bu barədə qəzetə açıqlama verərkən bəzi məqamlara aydınlıq gətirib: “Ölümündən 1 həftə əvvəl onunla görüşdüm. O, çox narahat idi, bədbəxt görünüşü vardı. Mən ondan bunun səbəbini soruşanda bir müddət cavabdan yayındı. Lakin sonda mənə bildirdi ki, onda Səudiyyə Ərəbistanının kimyəvi silahdan istifadə etdiyi barədə təkzibedilməz faktlar var və o, yaxın günlərdə bu sənədləri əldə edə biləcək”.

Sunday Express qəzetinə kəşfiyyatdan ötürülən digər məlumatda isə bildirilir ki, insidentdən təxminən 3 həftə əvvəl, yəni sentyabrın birinci həftəsində kəşfiyyat adıçəkilən jurnalist ətrafında nələrinsə baş verdiyindən şübhələnməyə başlamışdı. Kəşfiyyata o da bəlli idi ki, C.Qaşıqçının kimlərsə tərəfindən təcili surətdə Səudiyyə Ərəbistanına çatdırılması tələbi ortaya qoyulub. Lakin bu tələbin məhz şahzadə Muhammad bin Salman al Səud tərəfindən verildiyi haqda kəşfiyyatda dəqiq məlumat yoxdur. 

Xatırladaq ki, mərhum jurnalist Camal Qaşıqçı 2017-ci ildən etibarən ABŞ-ın The Washington Post qəzetində çalışırdı və həmin ölkədə yaşayırdı. Cari ilin 2 oktyabr tarixində o, Səudiyyə Ərəbistanının Türkiyə Baş Konsulluğunun binasına daxil olaraq, müəmmalı şəkildə yoxa çıxıb. Yalnız 20 oktyabr tarixində Səudiyyə Ərəbistanının baş prokurorunun rəsmi açıqlamasında jurnalistin öldüyü xəbəri təsdiqini tapıb. Faktla bağlı hələlik 18 nəfər şübhəli qismində saxlanılıb.