\
20 Aprel 2024 - Şənbə

Britaniya parlamenti “Brekzit” sazişinə “yox” dedi - Tereza Mey hökuməti istefaya göndərilə bilər

Britaniya parlamenti “Brekzit” sazişinə “yox” dedi - Tereza Mey hökuməti istefaya göndərilə bilər
1463baxış

Böyük Britaniya parlamenti Tereza Mey hökuməti ilə Avropa İttifaqı arasında bağlanmış Brekzit haqda razılaşmanı qəbul etməyib. Mediapress.az  BBC-nin məlumatına əsasən xəbər verir ki, 432 deputat sazişin əleyhinə, 202 lehinə səs verib. Bu isə son 100 ildə Britaniya hökumətinin parlamentdə üzləşdiyi ən böyük məğlubiyyət sayıla bilər. Bundan sonra baş nazir 3 iş günü ərzində “Brekzit” haqda növbəti planını parlamentdə müzakirəyə çıxarmalıdır. Artıq Leyboristlər partiyasının lideri Ceremi Korbin parlamentin çərşənbə gününə nəzərdə tutulan müzakirəsində hökumətə etimadsızlıq təklifini irəli sürməyə hazırlaşır.    

Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker də öz səfərini yarımçıq qoymaqla bu hadisədən narahat olduğunu nümayiş etdirib.