\
19 Aprel 2024 - Cümə

Tural Müseyibov: "Fasiləsiz xidmət həyata keçiririk" - Ekslüziv

Tural Müseyibov: "Fasiləsiz xidmət həyata keçiririk" - Ekslüziv
1748baxış
Ölkədə yaranmış hava şəraiti ilə bağlı dövlət qurumlarının məlumatlarını ictimaiyyətə çatdırmaqdayıq. Bu dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliynin Milli Mərkəzinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovla əlaqə saxladıq və son vəziyyətlə bağlı maraqlandıq. Tural müəllim Mediapress.az-a ətraflı məlumat verdi:
 
- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliynin Milli Mərkəzi fasiləsiz xidmət həyata keçirir. Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə daxil olan təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Mərkəz tam gücləndirilmiş iş rejiminə keçib. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilər Mərkəz tərəfindən tam nəzarətdədir. Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir. Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindəın ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir. Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.
 
Könül AYPARA