\
28 Mart 2024 - Cümə axşamı

ƏƏSMN çöldə qalan vətəndaşı sığınacağa yerləşdirdi - FOTO - Eksklüziv

ƏƏSMN çöldə qalan vətəndaşı sığınacağa yerləşdirdi - FOTO - Eksklüziv
1814baxış

Bildiyiniz kimi, ölkəmizdə iki günlük bir növ fövqəladə hadisə elan olunub. Şimal bölgəsindən gələn güclü qasırğa vətəndaşlara zərər verməsin deyə, ölkə rəhbərimizin göstərişinə əsasən, bütün güc strukturları güclü iş rejiminə keçib. Eləcə də ƏƏSM nazirliyi. Nazirliyin əməkdaşları fırtınalı havada çöldə qalan bir vətəndaşı sığınacağa yerləşdirib. Bu barədə qurumun sözçüsü Fazil Talıbov Mediapress.az-a məlumat verib:

- Bakı şəhərində yaşayış yeri olmayan 70 yaşlı bir vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacağına yerləşdirildi. Goranboy rayonu, Qızılhacılı kənd sakini 1949-cu il təvəllüdlü Muxtarov Məmməd İbrahim oğlu Bakıda müalicəsini bu gün bitirib və şəhərdə yaşayış yeri olmadığından, həmçinin hava şəraitini nəzərə alaraq sosial sığınacağa müraciət edib. O, təcili tibbi yardım maşını ilə sığınacağa gətirilib. Hava şəraiti sabitləşəndən sonra Məmməd dayı yaşadığı rayona yola salınacaq.

Könül AYPARA