\
6 May 2024 - Bazar ertəsi

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub - FOTOLAR

Pakistanın İqra Milli Universitetinin nümayəndə heyəti BDU-da olub - FOTOLAR
1755baxış

Mediapress.az xəbər verir ki, Pakistanın İqra Milli Universitetinin rektoru Obaid-ur-Rəhmanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. 

BDU-nun rektoru Elçin Babayev universitetin təhsil, innovasiya, sosial həyatı və beynəlxalq əlaqələrindan danışaraq səfərin əməkdaşlıq əlaqələrinin qurulması və inkişafına təkan olacağını vurğulayıb. 
Rektor Obaid-ur-Rəhman 2000-ci ildə Pakistan Mühəndislik Şurası və Ali Təhsil Komissiyası tərəfindən əsası qoyulmuş İqra Milli Universitetində kompüter elmləri, tibb, menecment, dizayn sahələri üzrə mütəxəssis hazırlığı haqqında məlumat verib və Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 

Görüşdə, tələbə-müəllim mübadiləsi, birgə əməkdaşlıq kimi məsələlər müzakirə edilib. 
Görüş İqra Milli Universiteti tələbələrinin BDU ilə tanışlığıyla başa çatıb.

Günel Ağayeva