\
29 Mart 2024 - Cümə

Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi

Elinanı Hüseyn Namazov döyüb? – Rəsmi
1564baxış

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atan 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin yuxarı sinif şagirdi tərəfindən təzyiqə məruz qalması ilə bağlı sorğuya cavab verib.

Təhsil İdarəsindən verilən məlumata görə, Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda da qeyd olunduğu kimi, Bakı Şəhər Prokurorluğunda hadisə ilə bağlı müvafiq istintaq tədbirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən isə xidməti araşdırma həyata keçirilir:

“Aparılan istintaq və xidməti araşdırma tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq. Bundan sonra bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, 162 saylı məktəbdə baş verən intihar hadisəsi nəticəsində dünyasını dəyişən 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov tərəfindən təzyiqə məruz qaldığı deyilir. Məlumata görə, H.Namazov E.Hacıyevanı məlum olmayan səbəbdən məktəbin bir küncünə apararaq, vurub. (axar)

Mediapress.az