\
22 Iyul 2019 - Bazar ertəsi

ASAN "Dost süfrəsi" estafetini DMX-nə ötürdü - FOTOLAR

ASAN "Dost süfrəsi" estafetini DMX-nə ötürdü - FOTOLAR
593baxış

Ramazan ayının yüksək dəyərlərindən biri də iftar süfrəsini bölüşməkdir.

Mediapress.az xəbər verir ki, ASAN Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılmış “DOST süfrəsi” adlı aksiyaya qoşulub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və əməkdaşları şəhid ailələrinin üzvləri ilə iftar süfrəsində bir araya gəliblər.

ASAN estafeti növbəti gün üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti-nə ötürüb. #dostsüfrəsi