\
24 Aprel 2024 - Çərşənbə

Deputat Aydın Mirzəzadə həmkarının qalmaqallı "pop-corn" məsələsinə reaksiya verdi - "O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək lazım idi"

Deputat Aydın Mirzəzadə həmkarının qalmaqallı "pop-corn" məsələsinə reaksiya verdi - "O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək lazım idi"
1307baxış

Hər zaman xalqının dərdinə şərik olmağı bacaran, haqq carçısı, hörmətli millət vəkili Aydın Mirzəzadə həmkarı rasim Musabəyovun qalmaqallı "pop-corn" məsələsinə münasibət bildirib. Dəryərli Aydın müəllim bu barədə Facebook səhifəsində yazıb: 

""Azneft" meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı."

Mediapress.az