\
19 Mart 2024 - Çərşənbə axşamı

4 ildir övladı olmayan qadın özünü öldürdü - Şamaxıda

4 ildir övladı olmayan qadın özünü öldürdü - Şamaxıda
1363baxış

Şamaxı rayonunda gənc qadın intihar edib.

Sfera.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Şamaxı şəhərində qeydə alınıb.
 
Qobustan rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Musayeva Səbinə Bəxtiyar qızı Şamaxı şəhərində yaşadığı evdə kimyəvi dərman içərək özünü zəhərləyib. Qadın təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Məlumata görə, Səbinə Musayeva 4 il öncə Şamaxıya gəlin köçüb. Ötən müddət ərzində onun övladı olmayıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.