\
19 Mart 2024 - Çərşənbə axşamı

Bakıda 39 yaşlı kişi özünü öldürüb

Bakıda 39 yaşlı kişi özünü öldürüb
1370baxış

Bakıda intihar olub.

ONA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Bayramzadə İsmayıl İbrahim oğlu bağ sahəsində özünü ağacdan asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mediapress.az