\
25 Aprel 2024 - Cümə axşamı

Nazirliyin xidmət müəssisəsində müalicə alan şəxs özünü üçüncü mərtəbədən atıb

Nazirliyin xidmət müəssisəsində müalicə alan şəxs özünü üçüncü mərtəbədən atıb
1449baxış

Göygöldə intihara cəhd hadisəsi baş verib.  Hadisə Göygöldə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində qeydə alınıb. Orada müalicə olunan Sumqayıt sakini 33 yaşlı A.Pirəliyeva özünü müəssisənin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib. A.Pirəliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.  

Mediapress.az