\
19 Mart 2024 - Çərşənbə axşamı

“Azərsu” sədri Beyləqanda vətəndaşları qəbul edib

“Azərsu” sədri Beyləqanda vətəndaşları qəbul edib
1385baxış

Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Beyləqan şəhərində Beyləqan və Xocavənd rayonundan olan sakinləri qəbul edib.

ASC-dən KİV-ə verilən məlumata görə, Beyləqan Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Beyləqan və Xocavənd rayonlarından olan 44 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su və kanalizasiya xətlərinin çəkilməsi, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Mediapress.az